image-media-img-20260116-wa0147-7alqyxbackend

Alimlər xəbərdarlıq edir: Meteohəssas insanların nəzərinə

Rusiya Elmlər Akademiyasının (REA) Kosmik Tədqiqatlar İnstitutunun mütəxəssisləri yanvarın 29-da, çərşənbə günü Yer kürəsində geomaqnit pozuntularının baş verəcəyini proqnozlaşdırırlar.

İNFOAZ.MEDİA xəbər verir ki, bu hal Günəşdəki kiçik tac dəliyindən çıxan Günəş küləyinin Yerə təsiri ilə əlaqələndirilir.

Məlumatda bildirilir ki, hazırda Günəş küləyinin sürəti və temperaturu yüksək səviyyədədir. Alimlərin sözlərinə görə, tac dəliyi ölçü baxımından kiçik olsa da, Yerə nisbətən əlverişli mövqedə yerləşir.

Qeyd olunur ki, Yer kürəsi təxminən bir gün ərzində bu təsir zonasında qalacaq. Həmin müddətdə qısamüddətli maqnit sahəsi pozuntuları və zəif maqnit fırtınalarının baş verməsi istisna edilmir.

Hazırda Günəşdə partlayış aktivliyi nisbətən aşağı səviyyədə qalır. Lakin mütəxəssislər bu vəziyyətin yaxın vaxtlarda dəyişə biləcəyini bildirirlər. Günəşin görünməyən tərəfində yerləşən aktiv sahələr artıq görünən hissəyə doğru hərəkət edir.

Jalə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki