Təxminən 20 illik danışıqlardan sonra Hindistan və Avropa İttifaqı Azad Ticarət Sazişinin (FTA) tamamlandığını rəsmən elan ediblər. Sənəd 27 yanvar 2026-cı ildə Dehlidə, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antonio Koştanın səfəri zamanı imzalanıb.
İNFOAZ.MEDİA xəbər verir ki, razılaşma təxminən 2 milyard insanı əhatə edən və dünyanın ən iri azad ticarət zonalarından birini yaradır. Sazişə əsasən, malların 96%-i üzrə rüsumlar ləğv ediləcək və ya ciddi şəkildə azaldılacaq. Avropa avtomobillərinə tətbiq olunan tariflər mərhələli şəkildə 110%-dən 10%-ə endiriləcək, Hindistan isə tekstil, əczaçılıq və kənd təsərrüfatı məhsulları üçün Aİ bazarına geniş çıxış əldə edəcək.
Ekspertlər razılaşmanı “əsrin müqaviləsi” adlandırır və onun ilk üç ildə qarşılıqlı ticarət dövriyyəsini 30–40% artıracağını proqnozlaşdırırlar. Sazişin ratifikasiya prosesinə yaxın aylarda başlanacaq və onun 2026-cı ilin sonunadək qüvvəyə minməsi gözlənilir.
Jalə
























