Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyaya qarşı yeni sanksiya paketi çərçivəsində yeni giriş qadağası təklifi ilə çıxış edib.
İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, Avropa İttifaqı ilk dəfə olaraq Rusiya Silahlı Qüvvələrində müharibənin başlanmasından bəri xidmət etmiş şəxslərin Aİ ölkələrinə girişinin qadağan olunmasını nəzərdən keçirir.
Leyen bildirib ki, bu addım Ukraynaya qarşı müharibədə iştirak etmiş şəxslər üçün Avropanın “qapalı zona” olduğunu göstərmək məqsədi daşıyır.
O vurğulayıb ki, Aİ “Ukraynaya hücumda iştirak edən heç kimin Avropaya daxil ola bilməməsi” prinsipini tətbiq etməyi planlaşdırır.
Jalə
























