image-beqayi-ismaiil_w900_h900backend

Aİ-nin SEPAH-ı qara siyahıya salması qanunsuzdur – Bəqayi

İran Aİ-nin İİKK-nı qara siyahıya salmasını “qanunsuz və əsassız” hesab edir.

İNFOAZ.MEDİA xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Avropa İttifaqının (Aİ) İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) qara siyahıya salmasını tamamilə “qanunsuz və əsassız” bir addım olaraq qiymətləndirib.

Bəqayi bildirib ki, Aİ-nin İİKK-ya qarşı bu hərəkəti və təxminən 20 üzv dövlətinin Tehrandakı səfirliklərinin mövcudluğu fonunda İran Xarici İşlər Nazirliyinin Avropa ölkələrinin səfirlərini çağırması minimal diplomatik, siyasi və hüquqi reaksiya hesab olunur.

O vurğulayıb ki, Avropa İttifaqının atdığı bu addım ABŞ və sionist rejimin İrana qarşı təxribatçı hərəkətləri ilə uyğunluq təşkil edən siyasi bir jestdir.

Jalə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki