Barmaqların formasındakı dəyişikliklər ağciyər xərçənginin əlaməti ola bilər.
İNFOAZ.MEDİA xəbər verir ki, həkimlər sadə bir test tövsiyə edirlər: hər iki əlin dırnaqlarını bir-birinə yaxınlaşdırıb basmaq lazımdır. Normal halda barmaqlar arasında romb formalı boşluq yaranır. Bu boşluğun olmaması barmaqların son hissələrinin qalınlaşmasını göstərə bilər.
Qeyd olunur ki, bu əlamət kiçik hüceyrəli olmayan ağciyər xərçəngi xəstələrinin təxminən 35 faizində, kiçik hüceyrəli ağciyər xərçəngi olanların isə 4 faizində müşahidə edilir. Mütəxəssislər bildirirlər ki, test mütləq diaqnoz demək deyil, lakin barmaqlarda dəyişiklik olarsa, həkimə müraciət etmək tövsiyə olunur.
Jalə
























