Ağardıcı diş məcunlarının tez-tez istifadəsi dişlərin soyuq, isti və şirin qidalara həddindən artıq həssaslaşdığı hiperesteziyaya səbəb ola bilər. Bu məcunlar minanın təbii rəngini dəyişdirmir, sadəcə səthi lövhəni daha intensiv təmizləyir, lakin mikrozədələnmələr varsa həssaslıq inkişaf edə bilər.
İNFOAZ.MEDİA xəbər verir ki, yüksək aşındırıcılıq (RDA) reytinqinə malik məcunlardan ehtiyatla istifadə olunmalı, minanı möhkəmləndirən və ya diş ətini qoruyan məhsullarla əvəz edilməlidir. Fərdi məhsul seçimi və ildə iki dəfə peşəkar ağız gigiyenası prosedurlarının əhəmiyyətini vurğulanıb.
Diş minasının aşınmasının səbəblərindən biri kimi isti və soyuq içkilərin birlikdə qəbulu, turşulu qidalar və qazlı içkiləri göstərilib.
Rauf
























