Vitkoff və Kuşner Trampı Ukrayna üzrə danışıqların gedişi barədə məlumatlandırıblar.
İNFOAZ.MEDİA xəbər verir ki, Ağ Ev ötən həftə sonu BƏƏ-nin paytaxtı Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında münaqişənin həlli məqsədilə keçirilən üçtərəfli danışıqları tarixi hadisə kimi qiymətləndirib.
Məlumata görə, danışıqlarda iştirak edən ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff və Trampın kürəkəni Cared Kuşner Ukrayna üzrə aparılan müzakirələrin gedişi ilə bağlı ABŞ Prezidenti Donald Trampa hesabat təqdim ediblər. Bununla belə, Donald Tramp hələlik Rusiya Prezidenti Vladimir Putinlə mümkün görüşün tarixini müəyyənləşdirməyib.
Rauf
























