Afrikada Ebola virusunun yeni alovlanması qeydə alınıb və virusun yayılması nəticəsində 118-dən çox insanın həyatını itirdiyi bildirilir.
İNFOAZ.MEDİA xəbər verir ki, Konqo Demokratik Respublikasında Ebola virusunun nadir və təhlükəli ştamı olan Bundibugyo variantı sürətlə yayılır.
Eyni zamanda qonşu Uqandada da ilk yoluxma halları təsdiqlənib.
Bildirilir ki, yoluxanlar arasında yerli xəstəxanada işləyən ABŞ vətəndaşı olan həkim də var.
Onunla yaxın təmasda olan şəxslər və həkimin özü xüsusi təyyarə ilə Almaniyaya təxliyə edilərək təcrid və tibbi nəzarət altına alınıb.
Rauf























