ABŞ ordusu Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı ilə məşğul olduğu ehtimal edilən bir gəmiyə qarşı həyata keçirilən əməliyyat zamanı iki nəfərin öldüyünü açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, məlumata görə, əməliyyat ABŞ silahlı qüvvələrinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə çərçivəsində icra olunub. Şübhəli gəmi beynəlxalq sularda izlənilib və dayandırılmasına cəhd göstərilib. Hadisə zamanı qarşıdurma yaranıb və nəticədə iki nəfər həyatını itirib.
ABŞ rəsmiləri əməliyyatın detalları, ölən şəxslərin kimliyi və gəmidə aşkar edilən mümkün narkotik maddələr barədə əlavə məlumat verməyib. Araşdırmaların davam etdiyi bildirilib.
Rauf
























