ABŞ ordusu İsrailin Ben-Qurion hava limanında yerləşdirilmiş hava yanacaq-doldurma təyyarələrinin təxminən 20%-ni çıxarmağı planlaşdırır.
İNFOAZ.MEDİA xəbər verir ki, bu addım ABŞ–İran çərçivə razılaşmasının İranla münaqişəni sona çatdırmaq məqsədi daşıyan planı ilə əlaqələndirilir.
Hazırda ABŞ-ın həmin hava limanında 72 ədəd yanacaq-doldurma təyyarəsi yerləşdirildiyi və bunun park yerinin demək olar yarısını tutduğu bildirilir.
Təyyarələrin İsraildən tam çıxarılıb-çıxarılmayacağı, yoxsa İsrail Hərbi Hava Qüvvələrinin bazalarına köçürüləcəyi hələ də dəqiqləşməyib.
Jalə
























