Ağ Evin mətbuat katibi Kerolin Livit bildirib ki, ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və xüsusi nümayəndəsi Stiven Vitkoff Omanda İranla aparılacaq danışıqlarda ABŞ-ı təmsil edəcəklər.
İNFOAZ.MEDİA xəbər verir ki, İranda dekabr və yanvar aylarında etirazlar baş verib, 8 yanvardan sonra vəziyyət daha da gərginləşib və hakimiyyət internetə çıxışı məhdudlaşdırıb. Etirazlar zamanı həm etirazçılar, həm də təhlükəsizlik qüvvələri arasında itkilər olduğu bildirilir.
Donald Tramp İran rəhbərliyini etirazçılara qarşı zorakılığa yol verməməyə çağırıb və ABŞ-ın müdaxilə edə biləcəyini bildirib. Daha sonra Tramp İrana doğru “nəhəng bir ordunun” hərəkət etdiyini deyərək, Tehranı danışıqlar masasına oturmağa dəvət edib.
Rauf
























