image-687c0a1807b22687c0a1807b231752959512687c0a1807b20687c0a1807b21backend

ABŞ maliyyə naziri İrana xəbərdarlıq etdi: Hər hücumun iqtisadi bədəli olacaq

ABŞ-ın maliyyə naziri Skott Bessent İran rəhbərliyinə sərt xəbərdarlıq edərək bildirib ki, Tehranın apardığı “sıfır məbləğli oyun” sonda onun özü üçün itki ilə nəticələnəcək.

İNFOAZ.MEDİA xəbər verir ki, Bessentin sözlərinə görə, İranın Fars körfəzindəki ABŞ müttəfiqlərinə vuracağı hər hansı zərərin maliyyə qarşılığı İran hesablarından çıxarılacaq vəsaitlər hesabına ödəniləcək.

ABŞ rəsmisi həmçinin qeyd edib ki, İranın Hörmüz boğazından keçən gəmilərdən alacağı mümkün rüsumlar da Tehranın xaricdəki maliyyə aktivlərindən tutulacaq vəsaitlərlə kompensasiya ediləcək.

“İranın həyata keçirəcəyi hər bir hücum onun üzləşəcəyi iqtisadi və maliyyə nəticələri daha da ağırlaşdıracaq”, – deyə Bessent vurğulayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki