image-microsoftteams-image-2-e1679960021686backend

ABŞ Kuba yaxınlığında kəşfiyyat uçuşları həyata keçirir

CNN-in analizinə görə, ABŞ hərbi kəşfiyyat təyyarələrinin Kuba sahilləri yaxınlığında uçuşlarında kəskin artım qeydə alınıb. Məlumata əsasən, 4 fevraldan bəri bölgədə ən azı 25 kəşfiyyat missiyası həyata keçirilib.

İNFOAZ.MEDİA xəbər verir ki, uçuşlarda əsasən P-8A Poseidon, RC-135V Rivet Joint təyyarələri və MQ-4C Triton pilotsuz uçuş aparatlarının iştirak etdiyi bildirilir. Bu uçuşların Havana və Santyaqo yaxınlığında, bəzi hallarda isə sahildən 40 mil məsafədə aparıldığı qeyd olunur.

Analitiklər bildirirlər ki, bu fəaliyyət modeli ABŞ-ın əvvəllər Venesuela və İran ətrafında hərbi əməliyyatlara hazırlıq dövrlərində müşahidə olunan davranışa bənzəyir. Eyni zamanda, bəzi ekspertlər hesab edir ki, uçuşların gizlədilməməsi Vaşinqtonun Kubaya açıq mesaj vermək niyyəti daşıya bilər.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki