image-bill-gates-jeffrey-epstein-12625-e2b789ac82b440b3b10641709595bf03backend

ABŞ Konqresi Bill Geytsin Epşteyn işi üzrə dindirilməsini tələb edir

ABŞ Konqresində həm Respublikaçı, həm də Demokrat partiyalarının üzvləri milyarder və “Microsoft”un həmtəsisçisi Bill Geytsin maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı ifadə verməsi üçün məhkəməyə çağırılmasını tələb edirlər. 

İNFOAZ.MEDİA xəbər verir ki, Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri Ceyms Komer bildirib ki, komitədə formalaşan ikipartiyalı qrup Geytsin sorğu-sual edilməsini mümkün hesab edir və bu təşəbbüs realdır.

Bill Geyts isə Epşteynlə əlaqələrini “axmaqcasına” adlandıraraq, dərc olunan sənədlərdə yer alan ittihamları təkzib edib. O, Epşteynin onun adından qadınlarla görüşlər təşkil etməsi ilə bağlı iddiaların yalan olduğunu və həmin e-poçtların heç vaxt göndərilmədiyini bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki