ABŞ Hərbi Dəniz Qüvvələrinin Task Force 59 bölməsinə məxsus pilotsuz suüstü gəmi (USV) Oman sahilləri yaxınlığında qəzaya uğrayan ABŞ Ordusuna məxsus AH-64 Apache hücum helikopterinin iki ekipaj üzvünün xilas edilməsində iştirak edib.
İNFOAZ.MEDİA xəbər verir ki, helikopter Hörmüz boğazında patrul uçuşu həyata keçirərkən dənizə düşüb. Hadisədən sonra pilotsuz gəmi axtarış-xilasetmə əməliyyatına cəlb olunub və hər iki hərbçi iki saat ərzində sağ-salamat tapılaraq xilas edilib.
Rauf
























