ABŞ Dövlət Departamentinin Yaxın Şərq üzrə bürosunun rəhbəri Robert Palladino bildirib ki, Əlcəzairin Rusiyadan Su-57 qırıcı təyyarələri alması Vaşinqtonun sanksiyalar tətbiq etməsinə səbəb ola bilər.
İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, ABŞ “Amerikanın Düşmənlərinə Sanksiyalar Vasitəsilə Qarşı Mübarizə Qanunu”nun (CAATSA) icrasına sadiqdir. Palladino qeyd edib ki, ABŞ bəzi sahələrdə Əlcəzairlə əməkdaşlıq etsə də, bir çox məsələlərdə mövqelər fərqlidir və Vaşinqton diplomatik təsir vasitələrindən istifadə etməyi planlaşdırır.
Qeyd edək ki, ötən il Əlcəzair mediası ölkənin Rusiyadan beşinci nəsil Su-57 qırıcıları sifariş etdiyini yazmışdı.
Rauf
























