Senatorlar ABŞ-də Ticarət naziri Hovard Lutnikin istefasını tələb ediblər. Bir neçə senator onu cinsi cinayətlərdə ittiham olunan maliyyəçi Ceffri Epşteynlə uzunmüddətli əlaqələrdə suçlayır. Demokrat konqresmen Adam Şiff rəsmi məktubunda Lutnikin Epşteynlə münasibətləri barədə yalan danışdığını bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Epşteyn işi üzrə yayımlanan sənədlərə görə, Lutnik bu əlaqələri dəfələrlə təkzib etsə də, sənədlər onun Epşteynlə işgüzar münasibətdə olduğunu göstərir. Adam Şiff qeyd edib ki, “Lutnik ticarət naziri vəzifəsində qalmamalı və dərhal istefa verməlidir”.
Bundan əlavə, Epşteynlə əlaqələr Britaniya kral ailəsinə də toxunub. Polis kralın qardaşı şahzadə Endryunun Epşteynə məxfi məlumatlar ötürməsi iddiası ilə bağlı araşdırmaya başlayıb.
Rauf
























