ABŞ-da ölkəni bürüyən güclü qar fırtınası nəticəsində azı 26 nəfər ölüb.
İNFOAZ.MEDİA xəbər verir ki, şiddətli hava şəraiti 23 ştatda fövqəladə vəziyyət elan olunmasına səbəb olub və təxminən 185 milyon insana təsir göstərib. Bir milyondan çox sakin işıqsız qalıb.
ABŞ prezidenti Donald Tramp qar fırtınasını “tarixi hadisə” adlandırıb. Mütəxəssislər vətəndaşlara isti yerlərdə qalmaq və soyuq hava axınından qorunmaq üçün evlərini izolyasiya etməyi tövsiyə edirlər.
Rauf
























