ABŞ ordusu təxminən on ildən sonra Suriyanın cənubundakı əl-Tanf bazasından çıxarılmasını başa çatdırıb. Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, CENTCOM komandiri admiral Bred Kuper bildirib ki, ABŞ qüvvələri tərəfdaşlarla birlikdə İŞİD-in yenidən güclənməsinin qarşısını almağa davam edəcək və bölgədə yarana biləcək hər hansı təhdidə cavab verməyə hazırdır. Onun sözlərinə görə, İŞİD-ə təzyiqin davam etdirilməsi həm ABŞ-ın təhlükəsizliyi, həm də regional sabitlik üçün vacibdir.
Məlumata görə, əl-Tanf qarnizonundan çıxış 2014-cü ildə İŞİD-ə qarşı yaradılmış “Daxili Qətiyyət Əməliyyatı” (CJTF-OIR) çərçivəsində planlı və mərhələli keçidin bir hissəsi kimi fevralın 11-də tamamlanıb.
Suriya mənbələrinin iddiasına görə, ABŞ qüvvələrinin geri çəkilməsindən sonra İraq və İordaniya sərhədlərinin kəsişməsində yerləşən strateji bazaya nəzarəti Dəməşqdə hakimiyyətə rəhbərlik edən HTS qüvvələri ələ keçirib.
Rauf
























