ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli rəsmiləri uzun müddətdir ki, İranın strateji Xark adasının ələ keçirilməsini yalnız son çarə kimi nəzərdən keçiriblər.
İNFOAZ.MEDİA xəbər verir ki, adanın nəzarətə götürülməsi ilə bağlı hərbi planlar aylar əvvəl hazırlanıb. Lakin əməliyyatın yüksək risk daşıdığı nəzərə alınaraq bu variant dəfələrlə gündəmdən çıxarılıb.
ABŞ rəsmiləri hesab edirlər ki, Xark adasının ələ keçirilməsi və ya onun enerji infrastrukturunun məhv edilməsi İran iqtisadiyyatına ciddi zərbə vura bilər. Belə ki, ada ölkənin əsas neft ixrac mərkəzlərindən biri hesab olunur və onun fəaliyyətdən çıxması Tehranın neft gəlirlərini əhəmiyyətli dərəcədə azalda, həmçinin müharibəni davam etdirmək imkanlarını zəiflədə bilər.
Jalə
























