image-13-milyon-liraya-dev-trump-heykeli-tamami-altin-19538494_3943_ampbackend

680 min manata “qızıl Tramp” HEYKƏLİ

Siyasət dünyasının ən mübahisəli şəxslərindən olan Donald Tramp bu dəfə öz adına hazırlanmış nəhəng “qızıl” heykəllə gündəmə gəlib.

İNFOAZ.MEDİA xəbər verir ki, təxminən 680 min manata (400 min dollar) başa gələn, 6,7 metr hündürlüyündətam qızıl örtüklü heykəl ölkədə birmənalı qarşılanmayıb.

Tərəfdarları onu “tarixi ikon”, tənqidçilər isə “narsisizmin zirvəsi” adlandırır.

Rəsmilər heykəlin vergi vəsaiti hesabına tikilmədiyini, xərclərin tamamilə Tramp tərəfdarlarının ianələri ilə qarşılandığını açıqlayıb. Anıt Trampın “güclü lider” obrazını və siyasi təsirini simvolizə etmək üçün hazırlanıb, lakin hələlik harada ucaldılacağı məlum deyil.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki