qarbackend

10 yaşlı qız qarın altında qalaraq öldü

Krasnoyarsk diyarının Berezovka kəndində 10 yaşlı məktəbli qız qar altında qalaraq ölüb. Hadisə zamanı qız həyətində qar tuneli tikirmiş, lakin qar onun üzərinə çökərək çıxışı bağlayıb və o, xilas ola bilməyib.

İNFOAZ.MEDİA xəbər verir ki, məlumata görə, kənd sakinləri illərdir yolların və həyətlərin zəif təmizlənməsindən şikayət edirlər. Qar yığınlarının vaxtında təmizlənməməsi nəqliyyat və gündəlik həyatda ciddi problemlər yaradıb, hətta poçt şöbəsi qış mövsümündə bağlanıb. Sakinlərdən biri bildirib ki, təmizlik işləri əsasən yaza yaxın aparılır. Qeyd olunur ki, ölən qız ailənin yeganə övladı olub.

Faktla bağlı Berezovski Rayon İstintaq İdarəsi səhlənkarlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açıb, araşdırma davam edir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki