image-3e8bd0aa5630e85833d2a10792c8580cbackend

Xersonda bazar atəşə tutuldu, YARALILAR VAR

Xerson vilayətinin Kaxovka şəhərində Ukrayna Silahlı Qüvvələri tərəfindən bazara açılan atəş nəticəsində üç nəfər yaralanıb.

İNFOAZ.MEDİA xəbər verir ki, zərərçəkənlər Kaxovka Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Atəş nəticəsində bir sıra obyektlərə də ziyan dəyib. Nova Kaxovkada xəstəxana binasına qəlpələr dəyib, Radensk kəndində yaşayış evində yanğın baş verib, Qladkivkada isə mikroavtobus zədələnib.

Vilayət qubernatoru Vladimir Saldo bildirib ki, dron təhlükəsinə baxmayaraq, yerli hakimiyyət və xilasetmə xidmətləri hadisə yerlərində işlərini davam etdirir.

Qeyd edək ki, bundan əvvəl Rusiyada Ukraynaya məxsus dörd PUA-nın vurulduğu açıqlanmışdı.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki