image-1536x864_cmsv2_dc18e88c-0572-505f-8c1b-648f1a69d16b-9712411backend

Xameneinin vəziyyəti YAXŞI DEYİL

Müctəba Xamenei atasının öldüyü hava zərbəsi zamanı ağır yaralanıb.

İNFOAZ.MEDİA xəbər verir ki, o, hücum nəticəsində üz nahiyəsindən ciddi zədələr alıb və ayaqlarından birində ağır xəsarət (hətta amputasiya ehtimalı) qeydə alınıb.

Buna baxmayaraq, mənbələr bildirir ki, Xamenei zehni baxımdan ayıqdır və dövlət idarəçiliyində iştirakını davam etdirir. O, yüksək səviyyəli görüşlərə məsafədən əsasən audio əlaqə vasitəsilə qoşularaq mühüm qərarların qəbulunda rol oynayır.

Hadisədən sonra onun ictimaiyyət qarşısına çıxmaması ölkə daxilində müxtəlif fərziyyə və müzakirələrə səbəb olub. Bu vəziyyət İran rəhbərliyində qeyri-müəyyənlik yaradır və hakimiyyət balansına təsir göstərə bilər.

Hazırda onun sağlamlıq durumu ilə bağlı məlumatlar məhduddur və rəsmi təsdiqlər çox azdır.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki