image-1523662backend

Çinli hakerlər ABŞ-da süni intellekt siyasəti üzrə çalışan şəxsləri hədəfə alıb

Çinli hakerlər ABŞ-da süni intellekt siyasəti, tənzimləmə və ixrac nəzarəti üzrə çalışan şəxsləri fişinq hücumları ilə hədəfə alıblar.

İNFOAZ.MEDİA xəbər verir ki, “Proofpoint” şirkətinin məlumatına görə, hakerlər ABŞ-ın süni intellekt üzrə ekspertləri və keçmiş rəsmilərinin adından saxta əməkdaşlıq təklifləri göndəriblər. Linklər isə istifadəçiləri parolların oğurlanmasına imkan verən saxta saytlara yönləndirib.

Məlumata görə, hücumda 10-dan az şəxs hədəf alınıb. “Proofpoint” kampaniyanın əsas məqsədinin texnologiya oğurlamaqdan daha çox ABŞ-ın süni intellekt siyasəti ilə bağlı məlumat toplamaq olduğunu bildirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki