ABŞ prezidenti Donald Trampın kürəkəni və Yaxın Şərq üzrə nümayəndəsi Cared Kuşnerin rəhbərlik etdiyi “Affinity Partners” investisiya şirkətinin İsrailin “Phoenix Financial” şirkətində ən böyük paya sahib olması maraqlar toqquşması ilə bağlı suallar yaradıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Yaxın Şərq üzrə nümayəndəsi Jared KuşnerCNN-in məlumatına görə, “Phoenix” İsrailin müdafiə şirkətlərinə yüz milyonlarla dollar investisiya edib. Eyni zamanda “Affinity Partners”in “Phoenix”dəki payından əhəmiyyətli gəlirlər əldə etdiyi bildirilir.
Kuşner hazırda Qəzza ilə bağlı danışıqlarda iştirak edir. Onun vəkili Kuşnerin “Phoenix”in investisiya qərarlarında heç bir rolunun olmadığını bildirib.
Tənqidçilər isə onun biznes fəaliyyəti ilə diplomatik rolunun eyni vaxtda davam etməsinin daha ciddi araşdırılmasını tələb edirlər.
Rauf
























