vensbackend

Vens: İran zənginləşdirilmiş uran ehtiyatını məhv etməyi öhdəsinə götürüb

ABŞ vitse-prezidenti JD Vens İranla əldə olunan razılaşma çərçivəsində Tehranın nüvə proqramı üzrə konkret öhdəliklər götürdüyünü açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Vensin sözlərinə görə, İran öz nəzarətində olan yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatının məhv edilməsinə razılıq verib. O bildirib ki, bu addım razılaşmanın əsas nüvə şərtlərindən biri hesab olunur və beynəlxalq nəzarət mexanizmləri ilə müşayiət olunacaq.

Vitse-prezident əlavə edib ki, hazırkı mərhələdə ABŞ tərəfindən atılan addım yalnız Hörmüz boğazında tətbiq edilən blokadanın aradan qaldırılması olub. Onun sözlərinə görə, bu qərar vəziyyəti münaqişədən əvvəlki vəziyyətə qaytarmağa xidmət edir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki