image-kremllllbackend

Vaşinqton Moskvaya qarşı yeni sanksiyalar paketi formalaşdırıb

ABŞ administrasiyası Rusiyaya qarşı yeni məhdudiyyətlər paketi formalaşdırsa da, hələlik bu sanksiyaları qüvvəyə mindirməyib.

İNFOAZ.MEDİA-nın xəbərinə görə, Vaşinqton Moskvanın Ukrayna ilə mümkün sülh razılaşmasından imtina edəcəyi halda təzyiq mexanizmlərini sərtləşdirməyi planlaşdırır. Hazırlanan tədbirlər əsasən Rusiyanın enerji sektorunu hədəf alır.

Məlumata əsasən, sanksiyalar çərçivəsində ABŞ-ın Rusiyanın neft daşımalarında istifadə etdiyi və “kölgə donanması” adlandırdığı tankerlərə qarşı məhdudiyyətlərin tətbiqi də müzakirə olunur.

Rauf

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki