Ukrayna ilə Almaniya arasında 20 ildən artıq fasilədən sonra hökumətlərarası məsləhətləşmələr yenidən keçirilib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, Almaniya kansleri Fridrix Merts ilə aparılan danışıqlar iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bir daha təsdiqləyib.
Görüş zamanı tərəflər konkret nəticələri və gələcək planları müzakirə ediblər. Əsas diqqət imzalanmış sənədlərə yönəlib. Bu sənədlər Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi, pilotsuz uçuş aparatları sahəsində əməkdaşlıq və ölkənin Avropa İttifaqına üzvlük perspektivlərini əhatə edir.
Rauf
























