Ukrayna silahlı qüvvələrinin Bryansk bölgəsinə genişmiqyaslı hücumu dəf edilib.
İNFOAZ.MEDİA xəbər verir ki, hücum zamanı enerji obyektləri HIMARS raket sistemləri və PUA-larla hədəf alınıb.
Vilayət qubernatoru Aleksandr Boqomaz bildirib ki, hava hücumundan müdafiə qüvvələri bütün hədəfləri məhv edib. Nəticədə Klintsı rayonunun bir neçə kəndində elektrik enerjisi müvəqqəti kəsilsə də, təcili xidmətlərin operativ işi sayəsində enerji təminatı qısa müddətdə bərpa olunub.
Rauf
























