image-a54c1dd6442ff42f26d2d17cf99b0670backend

Ukrayna ilə bağlı razılığa gəlməyə üç məsələ mane olur

Ukraynadakı münaqişənin həlli üçün sülh razılaşmasının əldə edilməsinə hazırda üç əsas məsələ mane olur.

İNFOAZ.MEDİA xəbər verir ki, əsas maneələrdən birincisi ərazi güzəştləri ilə bağlıdır. Kiyev və Moskva hələ də Donbas bölgəsinin statusu üzrə razılığa gələ bilməyiblər. Ukrayna Prezidenti Vladimir Zelenski Donbasın silahsızlaşdırılması, “azad iqtisadi zona” elan edilməsi və eyni zamanda rəsmi olaraq Ukraynanın tərkibində qalması variantını müzakirə etməyə hazır olduğunu bildirsə də, Rusiya tərəfi bu təklifi kifayətli hesab etmədiyini açıq şəkildə bəyan edib.

İkinci mühüm məsələ Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlıdır. Ukrayna hakimiyyəti Avropa Birliyi və NATO-ya üzvlüyü prioritet hesab edir. Kiyevin Avropadakı müttəfiqləri də öz qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsi üçün genişmiqyaslı planlar hazırlayıblar. Lakin Rusiya Ukraynanın Avropa Birliyinə üzvlüyü istisna olmaqla, bu təşəbbüsləri qəti şəkildə rədd edir.

Üçüncü maneə isə atəşkəs məsələsidir. Kiyev hərbi əməliyyatların müvəqqəti dayandırılmasını tələb edir. Moskva prinsip etibarilə bu təklifə qarşı çıxmasa da, bir şərt irəli sürür: atəşkəs uzunmüddətli sülhə gətirib çıxarmalı və münaqişənin əsas səbəbləri aradan qaldırılmalıdır.

Orxan Məhərrəmov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki