ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlamalarında sərt mesajlar verib.
İNFOAZ.MEDİA xəbər verir ki, ABC News-a danışan Tramp bildirib ki, vəziyyət daha da gərginləşərsə, ABŞ İranın infrastrukturuna qarşı genişmiqyaslı əməliyyat keçirmək məcburiyyətində qala bilər.
“Əgər insanlar ağılsızlıq etsələr, bir ölkənin bütün infrastrukturunu məhv etməli olduğumuz vəziyyətlə üzləşə bilərik”, – deyə Tramp bildirib.
ABŞ-ın mümkün münaqişədən sonra İranın yenidən qurulmasına kömək edib-etməyəcəyi ilə bağlı suala cavab verən Tramp əvvəlcə “Bəli” deyərək bunu İkinci Dünya müharibəsindən sonra həyata keçirilən Marşall Planı ilə müqayisə edib. Lakin daha sonra əlavə edib:
“Amma onların neftinin yarısını alacağıq.”
Tramp müsahibəsində ABŞ-ın üstün hərbi və siyasi gücə malik olduğunu da vurğulayıb.
“Əslində hər şey çox sadədir. Gücə sahib olan qalib gəlir. Bütün güc bizdədir”, – deyə ABŞ prezidenti qeyd edib.
Rauf
























