ABŞ prezidenti Donald Tramp Avropanın enerji siyasətini tənqid edən yeni açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bildirib ki, Avropa enerji baxımından ciddi çətinliklərlə üzləşib və xüsusilə Böyük Britaniyanın Şimal dənizindəki neft və qaz ehtiyatlarını tam şəkildə istifadə etməməsi “təəssüf doğurur”.
Onun sözlərinə görə, bu region dünyanın ən böyük enerji sahələrindən biridir və düzgün istifadə olunsa, xüsusilə Aberdin şəhəri böyük iqtisadi yüksəliş yaşaya bilər.
Tramp həmçinin Norveçin Şimal dənizi neftini Böyük Britaniyaya yüksək qiymətlərlə satdığını iddia edib və bunun “böyük gəlir mənbəyi” olduğunu vurğulayıb.
O, Böyük Britaniyanın enerji siyasətini sərtləşdirərək “daha çox qazma aparılmalıdır” çağırışı edib və bərpa olunan enerji mənbələrini də tənqid edərək “külək turbinlərinə (windmills) artıq ehtiyac yoxdur” ifadəsini işlədib.
Rauf
























