İsrailin İranın hədəflərinə qarşı genişmiqyaslı hava hücumu dalğası hazırladığı, lakin ABŞ Prezidenti Donald Trampın İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığından sonra planın dayandırıldığı bildirilir.
İNFOAZ.MEDİA xəbər verir ki, söhbət zamanı Tramp Netanyahunu sərt şəkildə xəbərdar edib və ona belə deyib: “Bibi, diqqətli ol, yoxsa çox tezliklə tək qalacaqsan.”
Məlumata əsasən, Tramp bölgədə gərginliyin daha da artmasının qarşısını almaq üçün İsraili addım atmamağa çağırıb. Bundan sonra Netanyahu İranın da hücumları dayandırması şərti ilə İsrailin planlaşdırılan zərbələrdən geri çəkilməsinə razılaşıb.
Rauf
























