trampbackend

Tramp – İran Hörmüz boğazı ilə bağlı öhdəlik götürüb

ABŞ prezidenti Donald Tramp İranın Hörmüz boğazı ilə bağlı öhdəlik götürdüyünü iddia edib.

İNFOAZ xəbər verir ki, Trampın sözlərinə görə, İran artıq Hörmüz boğazını heç vaxt bağlamamağa razılaşıb və bu strateji su yolu bir daha dünya üçün “təzyiq aləti” kimi istifadə olunmayacaq.

O bildirib ki, boğazın açıq qalması qlobal enerji təhlükəsizliyi baxımından vacibdir və bu məsələ aparılan danışıqların əsas şərtlərindən biri olub.

Qeyd edək ki, Hörmüz boğazı dünya neft daşımalarının mühüm hissəsinin keçdiyi əsas marşrutlardan biridir və burada baş verən hər hansı dəyişiklik qlobal bazarlara ciddi təsir edir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki