ABŞ Prezidenti Donald Tramp Ceffri Epşteyn işi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp Epşteynin “çirklənmiş” adasında heç vaxt olmadığını və maliyyəçi ilə dostluq əlaqəsi qurmadığını bəyan edib.
Tramp iddia edib ki, tənqidçilər və “radikal solçular” bu mövzudan istifadə edərək onun prezidentliyinə zərər vurmağa çalışırlar.
O, həmçinin Epşteyn işi ətrafında səslənən ittihamları “boş danışıq” adlandırıb və bu iddiaların siyasi məqsəd daşıdığını vurğulayıb.
Rauf
























