image-15backend

Starmerdən Yaxın Şərq çağırışı: “Atəşkəs Livanı da əhatə etməlidir”

Böyük Britaniyanın Baş naziri Keir Starmer Yaxın Şərqdəki gərginliklə bağlı açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Starmer bildirib ki, bölgədə əldə olunacaq atəşkəs təcili şəkildə Livan-ı da əhatə etməlidir. Onun sözlərinə görə, vəziyyətin sabitləşməsi üçün bütün tərəflər məsuliyyətli addımlar atmalıdır.

Baş nazir eyni zamanda Hizbullah təşkilatının silahsızlaşdırılmasının vacibliyini vurğulayıb.

Bununla yanaşı, Starmer Israil tərəfindən həyata keçirilən hava zərbələrini də tənqid edib və bu hücumların yanlış olduğunu bildirib.

O, bombardmanların dərhal dayandırılmasına çağıraraq, bölgədə gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyini qeyd edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki