image-semsi2backend

SON DƏQİQƏ! Şəmsi Səmədzadə HƏBS EDİLDİ

Tanınmış iş adamı Şəmsi Səmədzadə (Səmədoğlu) saxlanılıb.

İNFOAZ.MEDİA xəbər verir  ki,Demokrat.az-ın əldə etdiyi məlumata görə, Şəmsi Səmədzadə Gürcüstan ərazisində saxlanılaraq, həbs olunub.

Azərbaycanlı iş adamı Gürcüstan dövləti tərəfindən mal-qara oğurluğunda ittiham olunur. Yaxın günlərdə onunla bağlı məhkəmə prosesi başlayacaq. Məlumatı Şəmsi Səmədzadənin ailəsi də  təsdiqləyib.

Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək, ömürlük cəzaya məhkum edilib.Şəmsi Səmədzadə Prezidentin əfv Sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki