Çin prezidenti Si Cinpin ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
İNFOAZ.MEDİA xəbər verir ki, Si Cinpin Putini “əziz köhnə dostum” adlandırıb və yeni ilin əvvəlində görüşməkdən məmnunluğunu ifadə edib.
Rusiya prezidenti isə bildirib ki, Rusiya–Çin münasibətləri ilin istənilən vaxtı “yaz” kimidir və bu görüş ötən dövrün qiymətləndirildiyi, gələcək planların qurulduğu bir vaxta təsadüf edib.
Putin daha əvvəl də Rusiya–Çin əlaqələrinin xüsusi xarakterini vurğulayaraq Si Cinpini Rusiyanın etibarlı dostu və müttəfiqi adlandırmışdı.
Rauf
























