QƏZAbackend

Salyanda ağır qəza: ölən və yaralananlar var

Salyanda bir nəfərin ölümü, daha iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İNFOAZ.MEDİA xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınınb.

Məlumata görə, “Opel” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində Sumqayıt şəhər sakinləri 1956-cı il təvəllüdlü Paşayeva Valiyə Abdulla qızı, 1980-ci il təvəllüdlü Paşayev Anar Natiq oğlu və 2012-ci il təvəllüdlü Paşayev Mirməhəmməd Anar oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan biri – V.Paşayeva yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki