image-friedrich-merz-union-candidate-christian-democratic-union-of-germany-1backend

Fridrix Merts: Avropa öz suverenliyini təmin etmək gücündədir

Almaniya kansleri Fridrix Merts Avropanın digər qitələrdən asılılığını azaltmalı və öz suverenliyini gücləndirməli olduğunu bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki,  Merts Avropanın bu məqsədə çatmaq üçün kifayət qədər güclü olduğunu vurğulayıb.

“Suverenlik dünyadakı digər qitələrdən müstəqil olmaq deməkdir. Avropa qitəsi öz suverenliyini təmin etmək üçün kifayət qədər güclüdür.

Emmanuel Makron 2017-ci ildə Parisdəki Sorbonna Universitetində ilk çıxışını edərkən haqlı idi. Avropa suverenliyinin yaradılması əsas məsələdir və Almaniya da bu prosesin bir hissəsidir. Hətta deməyə cəsarət edirəm ki, bu prosesdə ən böyük pay Almaniyaya məxsusdur.

Çünki biz Avropanın ən böyük iqtisadiyyatıyıq. Bu istiqamətdə sürətlə irəliləməliyik”, – deyə kansler bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki