Elon Maskbackend

Demokratlar Nümayəndələr Palatasına nəzarəti ələ alsalar, İlon Maskı araşdırmağa hazırlaşırlar

ABŞ-da Demokratlar noyabrda keçiriləcək aralıq seçkilərindən sonra Nümayəndələr Palatasına nəzarəti ələ alacaqları təqdirdə milyarder İlon Mask barəsində araşdırmalara başlamağı planlaşdırırlar.

İNFOAZ.MEDİA xəbər verir ki,  bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, mümkün araşdırmalar Maskın Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik etdiyi dövrü, federal dövlət işçilərinin ixtisarını, məlumatların mümkün qanunsuz əldə edilməsini, dövlət müqavilələrini və “Starlink”in Ukraynadakı rolunu əhatə edə bilər.

Nəşrin məlumatına əsasən, Mask Respublikaçılara 276 milyon dollardan çox ianə edib. Bu amil onun ABŞ-da aralıq seçkiləri ilə bağlı siyasi proseslərdəki rolunu daha da diqqətə çatdırır.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki