İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Misirin Səudiyyə Ərəbistanına mümkün hərbi dəstəyi və regiondakı vəziyyətlə bağlı mövqeyini açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Bəqayi Ərəbistan yarımadasında təhlükəsizlik və sabitliyin İran və regionun bütün ölkələri üçün vacib olduğunu bildirib.
“Lakin biz hesab etmirik ki, əlavə müdaxilə regional sülhə və təhlükəsizliyə fayda verəcək. Əksinə, bu, vəziyyəti daha da mürəkkəbləşdirəcək.
Yəmən məsələsi dialoq yolu ilə və bir neçə il əvvəl razılaşdırılmış yol xəritəsi əsasında həll edilməlidir.
İslam ölkələrinin əlavə müdaxiləsi vəziyyəti yaxşılaşdırmayacaq. Əksinə, şübhəsiz ki, məsələləri daha da çətinləşdirəcək”, – deyə Bəqayi vurğulayıb.
Rauf
























