Qətər və Pakistan ABŞ-la İran arasında danışıqların bərpası məqsədilə kompromis təklif təqdim edib.
İNFOAZ.MEDİA xəbər verir ki, “Al-Araby Al-Jadeed” nəşrinin məlumatına görə, təklif İranın Qətər banklarında dondurulmuş 6 milyard dollarlıq vəsaitindən əldə olunan gəlirləri almasını nəzərdə tutur.
Bunun müqabilində İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nüvə obyektlərinə məxfi səfərinə icazə verməlidir.
Məlumata əsasən, Pakistan ordusunun rəhbəri, feldmarşal Asim Munir təklifi çərşənbə axşamı Tehrana çatdırıb. Mənbələr təşəbbüsün ABŞ tərəfindən təsdiqləndiyini, İranın isə daha əvvəl ona müsbət yanaşdığını bildiriblər.
Təklifə əsasən, dondurulmuş vəsaitin əsas məbləği deyil, yalnız ondan əldə olunan faiz gəlirləri İranın hesabına köçürüləcək.
Gözlənilmədən və əvvəlcədən elan edilmədən keçiriləcək yoxlamanın nüvə proqramı ilə bağlı ABŞ-ın əsas tələblərindən birini qarşılaya biləcəyi qeyd olunur.
Rauf
























