Almaniya kansleri Fridrix Merts ölkəsinin əczaçılıq sənayesində onilliklərdir geridə qaldığını, lakin bu sahənin yenidən Almaniyaya qayıtmasından məmnun olduqlarını bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Merts Almaniyanın vaxtilə “dünyanın apteki” adlandırıldığını xatırladıb.
“Biz əczaçılıq sənayesində artıq onilliklərdir geridə qalırıq. Halbuki Almaniya vaxtilə dünyanın apteki adlandırılırdı. Bu, çoxdan keçmişdə qalıb. Buna görə də əczaçılıq sənayesinin yenidən Almaniyaya qayıtmasından məmnunuq”, – deyə kansler vurğulayıb.
Jalə
























