İsrailin Baş naziri Benyamin Netanyahu İranın mövcud hakimiyyətinin qalacağı təqdirdə nüvə silahı istehsalını və regiondakı müttəfiqlər şəbəkəsini bərpa etməyə çalışacağını iddia edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Netanyahu bildirib ki, İran hakimiyyəti ağır zərbələr alsa belə, öz məqsədlərindən əl çəkməyəcək.
“Bu rejim mövcud olduğu müddətdə, hətta zəifləmiş və ağır zərbələr almış vəziyyətdə olsa belə, o qədər fanatikdir ki, yenidən qurulmağa və bir il əvvəl qarşısını aldığımız fəaliyyətləri bərpa etməyə çalışacaq. Söhbət nüvə bombalarının istehsalından və regiondakı müttəfiqlər şəbəkəsinin yenidən qurulmasından gedir”, – Netanyahu vurğulayıb.
Jalə
























