ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmi zərbə qrupunu və əlavə dəniz piyadaları qüvvələrini göndərir.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Məlumata görə, “USS Theodore Roosevelt” təyyarədaşıyan gəmisinin zərbə qrupu və 13-cü Dəniz Ekspedisiya Bölüyünün noyabrın sonunadək bölgəyə çatması gözlənilir. Bu qüvvələrin təxminən 10 min hərbçi və dəniz piyadasını əhatə edəcəyi bildirilir.
“USS Theodore Roosevelt” bölgədə artıq fəaliyyət göstərən “USS George H.W. Bush” və “USS George Washington” təyyarədaşıyan gəmilərinə qoşulacaq.
Bu xəbərin yayılmasından bir gün əvvəl ABŞ-ın müdafiə naziri Pit Heqset İsrailin cənubundakı Ovda aviabazasında Baş nazir Benyamin Netanyahu ilə gözlənilməz görüş keçirib. “Reuters”in məlumatına görə, tərəflər regiondakı təhdidləri, xüsusilə İranla bağlı vəziyyəti müzakirə ediblər.
Jalə
























