Ukrayna Prezidenti Volodimir Zelenski Norveçdə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüş keçirib.
İNFOAZ.MEDIA xəbər verir ki, görüş Norveçin paytaxtı Osloda baş tutub. Danışıqlarda Norveçin Baş naziri Yonas Qar Störe və Finlandiya Prezidenti Aleksandr Stubb da iştirak ediblər.
Tərəflərin Ukraynadakı müharibənin sona çatdırılması, Avropanın təhlükəsizliyi, Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi və birgə silah istehsalı məsələlərini müzakirə etdiyi bildirilir.
Jalə
























