Aleksandar Vuçiçbackend

Vuçiç: Serbiya NATO ölkələri ilə əhatə olunduğu üçün silahlanır

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin hərbi neytrallıq siyasəti və müdafiə qabiliyyətinin gücləndirilməsi barədə danışıb.

İNFOAZ.MEDIA xəbər verir ki, Vuçiç Serbiyanın NATO üzvü olan ölkələrlə əhatə olunduğunu və buna görə də özünü müdafiə etməli olduğunu bildirib.

“Hərbi cəhətdən neytral ölkə olaraq NATO dövlətləri ilə əhatə olunduğumuz şəraitdə yaşamağın bizim üçün asan olduğunu düşünürsünüz?

Yalnız Bosniya və Herseqovina NATO üzvü deyil. Bu da yalnız orada Serb Respublikasının mövcudluğu ilə bağlıdır. Bütün ətrafımız NATO ölkələridir. Buna görə də silahlanırıq.

Biz həqiqətən neytral olan yeganə ölkəyik. Avstriya formal olaraq neytraldır, lakin biz həqiqi neytrallıq siyasəti yürüdürük.

Özümüzü müdafiə etməliyik. Ölkəmizin nə qədər kiçik olduğunu bilirik. Buna baxmayaraq, hamının gözündə bir tikan kimiyik”, – deyə Vuçiç vurğulayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki