image-5944921688078225638backend

İran ABŞ-da aralıq seçkiləri öncəsi neft qiymətlərini yüksək saxlamaq üçün Hörmüz boğazındakı taktikasını dəyişir

İran ABŞ-da noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində neft qiymətlərini yüksək saxlamaq və seçkilərin nəticələrinə təsir göstərmək məqsədilə Hörmüz boğazında gəmilərə qarşı hücum taktikasını dəyişib.

İNFOAZ.MEDİA xəbər verir ki, “Reuters” agentliyinin iki yüksək vəzifəli iranlı rəsmi şəxsə istinadən yaydığı məlumata görə, yeni strategiya hücumların üsul və intensivliyinin dəyişdirilməsini, eləcə də əməliyyatların Hörmüz boğazından kənara — Oman körfəzinə və digər ərazilərə genişləndirilməsini nəzərdə tutur.

Rəsmilərdən biri bildirib ki, strategiyanın məqsədi ABŞ və müttəfiqlərinin qlobal neft qiymətlərini aşağı salmaq səylərinə mane olmaqdır.

Məlumata əsasən, ABŞ-ın zərbələrindən sonra İranın İslam İnqilabı Keşikçiləri Korpusu potensial hədəfləri müəyyənləşdirmək üçün kiçik qayıqlardakı silahsız müşahidəçilərdən də istifadə etməyə başlayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki